- Baxış sayı: 35
- 26 Aprel 2024 20:00
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün 5 şəhərin namizədliyi rəsmən təsdiqlənib. Allsport.az saytının məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin toplantısında deyilib. Xəbərdə bildirilir ki, Roma, Budapeşt, Hamburq, Paris və Los-Anceles 2024-cü il Yay Olimpiya Oyunlarına əsas namizədlərdir.
BOK tərəfindən yekun qərarın 2017-ci ilin sentyabrında verilməsi nəzərdə tutulub. Bununla bağlı keçirilmiş konfransda qurumun prezidenti Tomas Bax deyib. Onun sözünə görə, güclü namizəd şəhərlər arasında ev sahibi seçilmək üçün gərgin mübarizə gedəcək.