Bakı qran-prisində iştirakçı ölkələr və paracüdolar müəyyənləşib

Mayın 25-26-da Bakıda paracüdo üzrə qran-pridə iştirak edəcək ölkələrin və idmançıların dəqiq sayı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, bu sınaqda 38 ölkədən 200 idmançının iştirak edəcək. Yarış ilə bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 350 nəfər olacaq.

Kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsi üzrə 9 idmançı təmsil edəcək. Bunlar Orxan Qarayev (60 kq), Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyevdir (+100 kq).

Qadınlarda 6 çəki dərəcəsində 9 idmançımız – Şahanə Hacıyeva (48 kq), Səbinə Abdullayeva (52 kq), Bəsti Səfərova (52 kq), Afaq Sultanova (57 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq), Xatirə İsmiyeva (+70 kq) və Dürsədəf Kərimova (+70 kq) mübarizə aparacaqlar.

Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Braziliya, Yaponiya və Özbəkistan Bakı mükafat yarışına ən böyük nümayəndə heyətləri ilə qatılacaqlar.

Həmin kateqoriyadan