“Bakı” sona 6 saniyə qalmış matçı xeyrinə dəyişib

Yanvarın 10-da “Port Baku”da basketbolçular arasında ölkə çempionatının Yüksək liqasında ikinci dövrəyə start verilib. Allsport.az saytı xəbər verir ki, 8-ci turda “Bakı” –  “Dərviş” qarşılaşması çox gərgin mübarizə şəraitində keçib.

Oyun ərzində üstünlüyü əldə saxlayan qonaqlar 4-cü hissənin sonuna 36 saniyə qalmış 6 xal irəlidə idi. “Dərviş”in qələbəsinə heç kimin şübhəsi olmadıqı vaxtda, Anar Hacıyevin iki 3 xallıq atışı rəqibi şoka saldı. İkinci 3 xallıq dəqiq səbətdən sonra yerinə yetirilən cərimə atışı “Bakı”ya qələbə qazandırıb.

“Qala” – “Araz-Naxçıvan” (107:23)
“Bakı” –  “Dərviş” (61:60)
BDU – NTD (22:79)
“Baku Oilers” – AzTOP (53:78)

Həmin kateqoriyadan