- Baxış sayı: 47
- 23 İyul 2026 11:14
- Baxış sayı: 135
- İyul 22, 2026
- 0

İyulun 28-də avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, yarış Bakı bulvarında, Azərbaycan su idman növləri federasiyasının qarşısında təşkil olunacaq.
Çempionatda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparacaq. Yarış iştirakçıları akademik avarçəkmə və kanoe növlərində birnəfərlik qayıqlarda, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafədə qüvvələrini sınayacaqlar. Bundan əlavə, idmançılar ilk dəfə qarışıq növdə də yarışacaqlar.
Yarışın qalibləri diplom və medallarla təltif ediləcəklər.
Açıq Bakı çempionatının keçirilməsində məqsəd idmançıların hazırlıq səviyyəsini qiymətləndirmək və onlar arasında rəqabəti gücləndirməkdir.