Bakıda beynəlxalq turnir

Gənclər və idman nazirliyi və Azərbaycan atletika federasiyası və “Atletika” idman klubunun təşkilatçılığı ilə “əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə Bakı beynəlxalq qış turniri”nə start verilib. 

Allsport.az xəbər verir ki, açılış mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Könül Nurullayeva və gənclər və idman nazirliyinin sektor müdiri Sevda Mirzəyevaənənəvi Antipov memorialının əhəmiyyətini qeyd edərək yarış iştirakçılarına uğurlar arzulayıb. Saxa Respublikasının yakut tullanmaları milli idman növü federasiyasının icraçı direktoru Maksim Oeqosturov yüksək təşkilatçılığa görə minnətdarlığını çatdırıb.

Respublika olimpiya mərkəzində keçirilən yarışda yerli idmançılarla yanaşı, Qazaxıstan, Qırğızıstan və Saxa Respublikasından (yakut tullanmaları növündə) 80-ə yaxın atlet mübarizə aparır. 

İlk yarış gününün nəticələri

60 metr məsafəyə qaçış

1. Əlhəm Nağıyev

2. Aleksey Əliəkbərov

3. Əli Abdiyev

60 metr məsafəyə qaçış

1. Lamiyə Vəliyeva

2. Fəridə Rzayeva 

3. Anna Şumilo (Qazaxıstan) 

Üç təkanla tullanma 

1. Rüstəm Məmmədov

2. Cabir Əliyev

3. Qleb Qladilov (Qazaxıstan)

Üç təkanla tullanma

1. Valeriya Safonova (Qazaxıstan) 

2. Dilyara Xaybullina (Qazaxıstan)

3. Anastasiya İvankina (Qazaxıstan) 

Uzunluğa tullanma

1. Sergey Stepankovski (Qazaxıstan)

2. Cabir Əliyev

3. Temirlan Alimkulov (Qırğızıstan) 

Uzunluğa tullanma

1. Fəxriyyə Tağızadə

2. Alina Çistyakova (Qazaxıstan)

3. Veronika Antropova

U-18 yaş kateqoriyası

60 metr məsafəyə qaçış

1. Həmid Nəbiyev

2. Əmir İsmayılov

3. Hüseyn İsmayılzadə 

60 metr məsafəyə qaçış

1. İrina Konişeva (Qazaxıstan)

2. Safiya Kərimova

3. Fidan Osmanova 

Uzunluğa tullanma 

1. Qleb Qladilov (Qazaxıstan)

2. Kənan Bayramov

3. Əmir İsmayılov

Uzunluğa tullanma 

1. İrina Konişeva (Qazaxıstan)

2. Mələk Hüseynova

Həmin kateqoriyadan