Bakıda taekvondo üzrə beynəlxalq seminar start götürüb

Dünya çempionatı ərəfəsində keçirilən məşğələlər 4 gün davam edəcək. Həmçinin yeniliklərlə bağlı əlavə dərslər də təşkil olunub.

Allsport.az xəbər verir ki, seminarlar Çeoulmin Kim (taekvondo proqramın partnyoru), Gündüz Abduallayev (ATF-in hakimlər komitəsinin sədri), Ameli Moras (DTF-in Hakimlər Komitəsinin sədri), Yunk Seok Yu (DTF-də təhsil departamentinin baş direktoru), Sonqçul Kim (DTF-in texniki komissiyası), Çakir Çelbat (DTF-də paratekvondo komitəsinin sədri) və Yunq Han Junq (texniki işçi) tərəfindən aparılır. Hakimlik seminarına 30, yeniliklər seminarına 24 ədalət təmsilçisi qatılıb.

Azərbaycan takevondo federasiyasının vitse-prezidenti Nağı Səfərov seminara qatılan qonaqları salamlayıb və uğurlar arzulayıb.

Mayın 24-də hakimlik seminarından uğurla imtahan verənlərə beynəlxalq dərəcələr veriləcək.

Həmin kateqoriyadan