Bakının Yeniyetmələrin Avropa Olimpiya Festivalına ev sahibliyi ilə bağlı müqavilə imzalanıb

Bu gün Xorvatiya paytaxtı Zaqrebdə Avropa Olimpiya Komitəsinin baş assambleyasında 2019-cu ildə Yeniyetmələrin Avropa Olimpiya Festivalına Bakının ev sahibliyi etməsi ilə bağlı imzalanması və təqdimatı keçirilib.

Allsport.az saytı xəbər verir ki, mərasimdə müqaviləni gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi imzalayıblar.

Həmçinin, tədbirdə bu festivala dair təqdimat Azad Rərimov və GİN-in beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov tərəfindən keçirilib.

 

Həmin kateqoriyadan