“Barselona” gənc futbolçuya görə sərvət ödəməyə hazırdır

Allsport.az xəbər verir ki, “Barselona” “Atletiko Paranans”ın hücumçusu Vitor Roke üçün 45 milyon avro ödəməyə hazırdır.

Potensial transferin yekun məbləği hələ müəyyən edilməyib. “Atletiko Paranans” rəhbərliyi də futbolçu üçün hələ rəsmi təklif almayıb. Onlar başa düşürlər ki, Rokenin müqaviləsində qeyd olunan 60 milyon avroluq təzminat məbləğini qazana bilməyəcəklər.

18 yaşlı oyunçuya “Barselona”dan başqa İngiltərənin “Arsenal”, “Çelsi” və “Nyukasl” klubları, həmçinin Fransa PSJ-si də maraq göstərir. Roke artıq Braziliya yığmasında debüt edib. Onun “Atletiko Paranans” ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Həmin kateqoriyadan