“Barselona” Jordi Albanın komandadan ayrılacağını açıqlayıb

Allsport.az xəbər verir ki, “Barselona” rəsmi saytında 2022/2023 mövsümünün sonunda müdafiəçi Jordi Albanın komandadan ayrılacağını açıqlayıb. 34 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsi 2024-cü ilin yayına qədər tutulmuşdu. Lakin tərəflər erkən ayrılmaq barədə razılığa gəliblər.

Alba “Barselona” ilə 11 mövsümdə 458 oyun keçirib, 27 qol və 99 məhsuldar ötürmə ilə yadda qalıb. O, Kataloniya klubu 18 kubok qazanıb, 6 dəfə İspaniya çempionu, bir dəfə çempionlar liqasının qalibi olub.

Həmin kateqoriyadan