“Barselona” Portuqaliya millisinin yarımmüdafiəçisi ilə müqavilə bağlayıb

“Barselona” “Vulverhempton” və Portuqaliyanın yarımmüdafiəçisi Ruben Neveslə ilə razılaşıb.

Allsport.az xəbər verir ki, 26 yaşlı Neves “Barselona”nın ona təklif etdiyi şərtləri bəyənib. O, hazırda Kataloniya təmsilçisinin “Vulverhempton”a rəsmi təklif göndərməsini gözləyir. Futbolçunun təxmini transfer dəyəri 40 milyon avro civarındadır.

Neves 2022/23 mövsümündə 33 matçda meydana çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan