- Baxış sayı: 122
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

“Barselona”nın 2026/27 mövsümündə ilk kapitanı müəyyənləşib.
Allsport.az xəbər verir ki, bu vəzifəni Rafinya yerinə yetirəcək.
Əvvəllər kapitanlıq sarğısını Mark-Andre ter Ştegen taxırdı. Almaniyalı qapıçı icarə əsasında “Ayaks”a keçib. Kataloniya klubunun vitse-kapitanı Ronald Arauxo isə icarə əsasında “Liverpul”a qoşulub.
Bu səbəbdən kapitan sarğısını Frenki de Yonqun taxacağı gözlənilirdi. Lakin klub rəhbərliyi bu vəzifəni Rafinyaya həvalə edib.
Rafinyanın və de Yonqun meydana çıxmadığı halda kapitan sarğısını Pedri taxacaq. Ondan sonra isə bu rolu Erik Qarsiya yerinə yetirəcək.