- Baxış sayı: 45
- 10 Avqust 2026 10:00
- Baxış sayı: 47
- Avqust 10, 2026
- 0

Dünyada idmanının ən son statistik göstəricilərini və nəticələrini izləmək üçün hazırlanmış bir tətbiq olan “Sofascore” şirkəti ilə Azərbaycan basketbol federasiyası (ABF) arasında müqavilə imzalanıb.
Allsport.az xəbər verir ki, başda Azərbaycan basketbol liqasının (ABL) oyunları olmaqla, ölkə basketboluna dair bütün statistik göstəriciləri basketbol həvəskarlarına təqdim edəcək “Sofascore”, Azərbaycan basketbolu ilə qlobal azarkeş auditoriyası arasında böyük bir körpü yaradır. Aylıq 28 milyondan artıq istifadəçisi olan “Sofascore” şirkəti ilə imzalanmış bu müqavilə, ölkə basketbolunun dünyada daha geniş kütlə tərəfindən tanınmasına xidmət göstərəcək.