- Baxış sayı: 45
- 10 Avqust 2026 10:00
- Baxış sayı: 47
- Avqust 10, 2026
- 0

Millimizin basketbolçusu Zaur Paşayevin çıxış etdiyi «Kutaisi» klubu Gürcüstanın olimpiya çempionu Korkia Sakandalidzenin şərəfinə keçirilən kubok yarışında baş mükafata sahib çıxıb. Allsport.az saytı xəbər verir ki, legionçumuz bu görüşdə 7 xal qazanıb; 8 ötürmə verib və 7 götürmə edib.
Həmyerlimizin bildirdiyinə görə, onlar ardıcıl 2-ci dəfə bu uğura sahib çıxıblar. Superliqada 13 oyuna 23 xal yığan (+10-3) «Kutaisi» 2-ci yerdə qərrarlaşıb. Zaur Paşayevin komandası 15-ci tur çərçivəsində fevralın 4-də Tiflisdə yerli «Kaktus»la qarşılaşacaq.