- Baxış sayı: 49
- 24 Sentyabr 2026 18:46
- Baxış sayı: 189
- Sentyabr 24, 2026
- 0
Milli komandamızın üzvü Çarlz Edvard Deyvis Türkiyə Basketbol Liqasında forma geyindiyi «Banvid» klubu bu gün 16-cı tur çərçivəsində doğma divarlar arasında «Qarşıyaxa»nı qəbul edib.
Allsport.az saytı xəbər verir ki, Balışəhərin Qara Əli Açar idman zalında baş tutan oyunda «ağ-yaşıllar» uzutma dəqiqəsində qonaqlara məğlub olublar – 87:89 .
Bu matçda basketbolçumuz 17 xal toplayıb. «Banvid» 26 xalla yarış cədvəlində 3-cü pillədə qərarlaşıb.