“Bavariya” Raysa görə istədikləri məbləği ödəyəcək

“Bavariya” Deklan Raysla müqavilə imzalamaq niyyətindədir.

Allsport.az xəbər verir ki, Münhen klubu “Vest Hem”in yarımmüdafiəçisinin transferi uğrunda mübarizəyə qoşulub. Baş məşqçi Tomas Tuxel və klubun rəhbərləri Raysın bundesliqa klubunda olmasını istəyirlər.

24 yaşlı yarımmüdafiəçi Münhen komandasının əsas transfer hədəflərindən biridir. Klub tələb olunan məbləği “Vest Hem”ə ödəməyə hazırdır.

Cari premyer liqa mövsümündə Rays 36 matçda meydana çıxıb. O, 4 qol vurub və 2 assist edib.

Həmin kateqoriyadan