«Bayer»li qapıçımız EHF kubokunda digər Almaniya klubuna qarşı

Millimizin həndbolçusu Valentina Salamahanın Bundesliqada şərəfini qoruduğu «Bayer-04» klubu, EHF kubokunun 1/8 finalında elə Almaniya təmsilçisi ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, liverkuzenlilər növbəti mərhələyə adlamaq üçün «Buxtehuder»i məğlub etməlidirlər.

İlk matç gələn ilin 7-8 fevralında, cavab oyunu bundan bir həftə sonra keçiriləcək. Srağagun 1/15 finalın əvəz qarşılaşmasında «Bayer-04» minimal fərqlə uduzsa da (28:29), birinci görüşdə 7 top üstünlüyü ilə qalib gəldiyindən, mərhələ adlayan tərəf olub (30:23).

Qeyd edək ki, hər 2 oyunda qapısımız ehtiyatda oturub. Bundesliqada «farmasevtlər» növbəti matçını ayın 30-da «Metzingen»ə qarşı keçirəcək.

Həmin kateqoriyadan