“Belarus bizimlə eyni səviyyədədirlər”

Sabah Serbiyanın Novı Sad şəhərində millətlər liqasında Belarus – Azərbaycan oyunu ərəfəsində mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda baş məşqçimiz Canni de Byazi bunu deyib:

“Futbolda vacib olan nəticədir. Bunu anlamalıyıq. Qazaxıstan millisi ilə oyunda qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Təəsüf ki, qol vurmursansa, qələbə qazana bilmirsən. Oyundan sonra futbolçulara təşəkkürümü bildirdim. Oyunumuzu təhlil etdik. Rəqib 2 zərbə vurdu, qalib gəldi.

Bizim isə 15 zərbəmiz vardı. Kiçik səhvlər etdik və nəticədə qollar buraxdıq. Çalışacağıq ki, sabah qalib gələk. Belarus komandasını Slovakiya ilə oyunlarından əvvəl təhlil etmişik. Onlar da 3 mərkəz müdafiəçi ilə oynayırlar. Solda sağ ayaq, sağda sol ayaqlı futbolçu çıxış edir. Çox fantaziyası olmayan komandadır.

Təxminən bizimlə eyni səviyyədədirlər. Ucaboy futbolçulara malikdir, standart vəziyyətdən təhlükəli ola bilirlər. Amma onların oynamağı bizdən asılı olacaq. Biz imkan versək oynayacaqlar, verməsək yox. Necə ki, Qazaxıstana ilk hissədə oynamaq imkanı verməmişdik. Daha xarakterli olmalıyıq. Ən əsası meydanda xarakter göstərməliyik. Bilirəm ki, komandamızın yaxşı keyfiyyətləri var.

Heyətlə bağlı dəqiq qərar verməmişəm. Bu gün kimin özünü fiziki cəhətdən necə hiss etdiyinə baxacağıq. Uzun yol qət etmişik. Kimsə daha tez bərpa olur, kimdəsə bu alınmır. Çalışacağıq balansı itirməyək və matçda yaratdığımız imkanlarından düzgün yararlanaq”.

Həmin kateqoriyadan