- Baxış sayı: 32
- 14 İyul 2026 23:51
- Baxış sayı: 110
- İyul 13, 2026
- 0

Yann Sommer karyerasını Belçikada davam etdirəcək.
Allsport.az xəbər verir ki, 37 yaşlı qolkiper azad agent kimi “Brügge” ilə müqavilə imzalayıb.
Təcrübəli qapıçı ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan sözləşmə bağlanıb.
Sommer son üç mövsümü İtaliyanın “İnter” klubunda keçirib. O, daha əvvəl İsveçrədə “Bazel”, Almaniyada isə Münhenqladbax “Borussiya”sı və “Bavariya”nın formasını geyinib.
Karyerası ərzində dörd dəfə İsveçrə, iki dəfə İtaliya və bir dəfə Almaniya çempionu olan qapıçı İsveçrə millisində 94 oyun keçirib. O, 2024-cü ilin yayında yığmadakı çıxışını başa vurub.