- Baxış sayı: 56
- 23 Avqust 2026 21:29

- Baxış sayı: 299
- Avqust 20, 2026
- 0


Belçika millisinin yarımmüdafiəçisi Amadu Onana ciddi zədə alıb.
Allsport.az xəbər verir ki, “Aston Villa”nın futbolçusu DÇ-2026-nın 1/8 finalında ABŞ-a qarşı keçirilən oyunda sıradan çıxıb.
24 yaşlı yarımmüdafiəçi qarşılaşmanın 21-ci dəqiqəsində Hans Vanakenlə əvəzlənib.
“The Athletic”in məlumatına görə, Onananın dizinin ön çarpaz bağlarında qopma aşkarlanıb.
Bu səbəbdən futbolçu dünya çempionatının qalan hissəsini və 2026/27 mövsümünün böyük bölümünü buraxacaq.
Qeyd edək ki, Belçika ABŞ-a 4:1 hesabı ilə qalib gələrək mundialın 1/4 finalına vəsiqə qazanıb.