- Baxış sayı: 17
- 02 Noyabr 2026 12:05
- Baxış sayı: 267
- Oktyabr 25, 2026
- 0

Vaşinqton dövlətinin Sietl stadionunda Belçika və Seneqal arasında Dünya Kubokunun 1/16 final matçında əsas vaxt 2:2 başa çatıb. Allsport.az saytı xəbər verir ki, 24-cü dəqiqədə Həbib Diarra hesabı açıb, 51-ci dəqiqədə isə İsmayıl Sar fərqi artırıb.
Hər kəsin avropalıların yenilgiyə ilə barışdığını gördüyü bir məqamda səhnəyə Romelu Lukaku çıxıb və 86-cı dəqiqədə komandasını ümidləndirib. 89-cu dəqiqədə Leandro Trossardın ötürməsini Yuri Tilemans başla qapıya göndərib – 2:2.
Əlavə vaxtın 2-ci yarısının bitməsinə dəqiqə qalmış Belçika millisi 11-mertlik cərimə zərbəsi qazanır. 2-ci qolun müəllifi bu dəfə penaltini dəqiq yerinə yetirir. 130 dəqiqənin tamamında sevinən avropalılar olur – 3:2.