Belçika sonuncu ev sahibini də tətilə göndərdi

Belçika sonuncu ev sahibini də tətilə göndərdi

Dünya Kubokunun 1/8 finalında ABŞ və Belçika arasında oyun hazırda Vaşinqtonda “Siətl” stadionunda keçirilib. Allsport.az saytı xəbər verir ki, görüş Avropa təmsilçisinin 3:1 xeyrinə bitib.

9-cu dəqiqədə “qırmızı şeytanlar”ın hücumçusu Şarl de Ketelaere hesabı açıb. 31-ci dəqiqədə “Stars and Stripes”in yarımmüdafiəçisi Malik Tilman cərimə zərbəsi ilə hesabı bərabərləşdirib. İlk qolun müəllifi 33-cü dəqiqədə yenə fərqlənib.

57-ci dəqiqədə yarımmüdafiəçi Hans Vanaken üstünlüyü artırıb. Qarşılaşmada son nöqtəni 90+3-cü dəqiqədə Romelu Lukaku qoyub – 4:1.

Belçika millisinin qapıçısı Tibo Kurtua 20-ci matçına çıxıb. O, Dünya Kubokunda 20 oyun keçirən ilk belçikalı olub.

Həmin kateqoriyadan