- Baxış sayı: 31
- 07 İyul 2026 21:08
- Baxış sayı: 173
- İyul 07, 2026
- 0

Belçika millisinin futbolçuları DÇ-2026-nın 1/8 finalında ABŞ-a qarşı keçirilən oyunda diqqətçəkən qol sevinci ilə yadda qalıblar.
Allsport.az xəbər verir ki, avropalılar 4-cü qoldan sonra ABŞ prezidenti Donald Trampın rəqsini təkrarlayıblar.
Belçikalı futbolçular hesabı darmadağın həddinə çatdırdıqdan sonra Trampın “YMCA” mahnısı altında etdiyi məşhur hərəkətləri parodiya ediblər.
Futbolçuların bu sevinci ABŞ üzərində qələbədən sonra sosial şəbəkələrdə geniş müzakirə olunub.
Belçika millisi ABŞ-ni 4:1 hesabı ilə məğlub edərək DÇ-2026-da 1/4 finala yüksəlib.
