Benzamanı da almaq istəyirlər

Kərim Benzema “Real Madrid”in prezidenti ilə Səudiyyə Ərəbistanına köçmək təklifini müzakirə edib.

Allsport.az xəbər verir ki, hücumçu Florentino Pereslə görüşüb və bildirib ki, ona hər il 100 milyon avro net təklif olunub.

Madrid klubunun rəhbəri “Qızıl top” mükafatının qalibinin istənilən qərarını qəbul etməyə hazırdır. Benzema gələcəyi ilə bağlı qərarı bazar günündən əvvəl verəcək.

Bu mövsüm 35 yaşlı futbolçu La Liqada 23 matçda 18 qol vurub.

Həmin kateqoriyadan