Benzema qərar vermək üçün Ronalduya üz tutub

Benzema qərar vermək üçün Ronalduya üz tutub

Kərim Benzema keçmiş komanda yoldaşı Kriştianu Ronaldu ilə Səudiyyə Ərəbistanı liqası barədə danışıb.

Allsport.az xəbər verir ki, “Real”ın hücumçusu “Əl-İttihad”a keçməyə yaxındır. O, “Əl-İttihad”dan 2 illik müqavilə təklifi alıb. Fransalı futbolçu bu klubla razılaşarsa, ildə 100 milyon avrodan çox qazanacaq.

Benzema artıq Madrid klubunun keçmiş oyunçusu, indi “Əl-Nəsr”ə məxsus olan Ronaldu ilə danışıb. O, həm Səudiyyə Ərəbistanı çempionatı ilə, həm də ölkədəki həyat şəraiti ilə maraqlanıb.

Transferlə bağlı yekun qərar hələ verilməyib.

Həmin kateqoriyadan