Birinci Avropa Oyunlarının mərasimləri üçün möhtəşəm şou hazırlanır

Birinci Avropa Oyunlarının Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimləri “Afina-2004” Olimpiya Oyunlarının mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf və aktyor Dimitris Papaioannounun rəhbərliyi ilə təşkil olunacaq. Allsport.az xəbər verir ki, D.Papaioannou deyib:

“Biz şounun zəngin və rəngarəng olmasına xüsusi fikir veririk. Bu, son üç ildə məşğul olduğum ən əhəmiyyətli tədbirdir. Mənim üçün əsas məsələ gözəl və arxitekturaya uyğun şou yaratmaqdır. Bu, bizim əsas prinsipimizdir, həmçinin iştirakçılar üçün çox vacibdir. Məqsədimiz möhtəşəm şou hazırlamaqdır”.Orkestr işlərinin artıq tamamlanmaq üzrə olduğunu deyən D.Papaioannou könüllülərin işini xüsusi vurğulayaraq deyib:

“Könüllülərin Oyunlara olan həvəsi, enerjisi məni heyran edir. Məşqlərin intensivliyi yorğunluq yaratsa da, insana unudulmaz hisslər bəxş edir”.

Həmin kateqoriyadan