“Bizə vaxt lazımdır ki, daha çox inkişaf edək”

Azərbaycan futbolçuları millətlər liqasının “C” dəstəsində Slovakiyanın Trnava şəhərində meydan sahiblərinə 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, millinin baş məşqçisi Canni de Byazi qələbəni belə dəyərləndirib:

“Oyuna yaxşı başladıq. Renat gözəl qol vurdu. Hərçənd qola qədər üç imkanımız olmuşdu. İkinci hissə isə bir qədər fərqli oldu. Yorğunluq hiss olunurdu. Gənc komandamız var. Gələcək üçün yaxşı işlər görə bilərik. Bizə vaxt lazımdır ki, daha çox inkişaf edək. Oyundan çox razı qaldım. Futbolçular bütün tapşırıqları yerinə yetirdi. Xoşuma gəlməyən məqam, pressinq zamanı oyunu daha yaxşı idarə edə bilməməyimiz oldu. Futbolçuların fiziki durumu yaxşı idi. Bəzilərində isə yorğunluq nəzərə çarpırdı.

Sabah istirahət edib, ümumi vəziyyətə baxacağıq. Qazaxıstanla oyunda kimin oynayacağını deyə bilmərəm. Riçard Almeyda 2-ci sarı vərəqə aldığı üçün komandaya kömək edə bilməyəcək. Onun cəzalı duruma düşməsi məni məyus etdi. Bu gün çox yaxşı oynadı. Hətta daha əvvəl milliyə çağırmadığım üçün ondan üzr istədim. Əvvəllər başqa cür düşünürdüm. Gənclərə fürsət vermək istəyirdim. Gənclərlə yanaşı, təcrübəli oyunçulara da imkan vermək lazımdır”.

 

Həmin kateqoriyadan