“Biz gənc və inkişaf edən komandayıq”

Allsport.az saytı xəbər verir ki, İsveç millisinin baş məşqçisi Qrem Potter DÇ-2026-nın 1/8 finalında Fransaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb: “Ən yaxşı komanda qalib gəldi, Fransanı təbrik edirəm. Düşünürəm ki, oyun baxımından ideal bir matç keçirməli idik və səmimi desəm, hətta bunu etsəydik belə, bunun kifayət edib-etməyəcəyinə əmin deyiləm, çünki rəqib çox yüksək səviyyədə idi.

Futbolçulara heç bir iradım yoxdur. Oyundan sonra onlara dedim ki, Fransaya uduzmağı biabırçılıq hesab etmirəm — onlar ən yaxşı komandadır və yüksək səviyyəli oyunçulara malikdirlər.

Əgər Fransa millisinin karyeralarına və təcrübəsinə baxıb bizim komandamızla müqayisə etsək, biz gənc və inkişafda olan komandayıq və ümid edirəm ki, qarşıda bizi çox yaxşı gələcək gözləyir.

Düşünürəm ki, bizim yaxşı turnirimiz oldu, bu, inkişaf etməyimizə və dərs çıxarmağımıza kömək etdi. Niderlanda məğlubiyyətdən sonra toparlanmaq və Yaponiya ilə oyunda vacib xal qazanmaq futbolçular üçün əla imkan idi. Biz bundan irəli getməliyik”, – deyə Potter bildirib.

Həmin kateqoriyadan