“Biz Tuxelə tam güvənirik”

“Bavariya”nın prezidenti Tomas Tuxelə dəstək olduğunu bildirib.

Allsport.az xəbər verir ki, Münhen klubu mövsümün son turunda “Köln”ə qalib gəlməsindən (1:2) sonra Almaniya çempionu olub.

Mövsüm ərzində Tuxel “Bavariya”nın baş məşqçisi kimi Yulian Naqelsmanı əvəz etmişdir.

“Biz Tuxelə tam güvənirik. Avropanın ən yaxşı məşqçilərindən biridir. Cümə günü onunla danışdım.

Başa düşmürəm, niyə bizim baş məşqçimiz olaraq qalmamalıdır” – deyə klubun prezidenti Herbert Heyner bildirib.

Həmin kateqoriyadan