BOK əsas rəqiblərimizdən olan Rusiya olimpiyaçılarını Rio-2016-dan kənarlaşdırmadı

Beynəlxalq Olimpiya Komitəsi Rusiya olimpiyaçılarınıı Rio-2016-dan kənarlaşdırmayıb. Allsport.az saytı xəbər verir ki, bu barədə qərar iyulun 24-də BOK İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

İcraiyyə Komitəsi rusiyalı idmançıların və komandaların Yay olimpiya oyunlarında iştirakını təsdiqləmək üçün bütün səlahiyyətləri beynəlxalq idman federasiyalarına verib.

İclasda çıxış edən Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov rəhbərlik etdiyi qurumun bundan sonra beynəlxalq idman federasiyaları, BOK və Dünya Anti-dopinq Agentliyi (WADA) ilə daha sıx əməkdaşlıq edəcəyini bildirib.

Qeyd edək ki, 1952-ci ildən bu ya keçirilmiş “dördillik”lərdə SSRİ, sonra Rusiya olimpiyaçıları oyunların əsas qalibi sayılır və müstəqillik dönəmimizdə ciddi rəqiblərimizdəndirlər.

Həmin kateqoriyadan