BOK və ÜST-dən anlaşma. Tokio-2020 koronavirusa qalib gələn oyunlar kimi tarixə düşə biləcəkmi?

Beynəlxalq olimpiya komitəsi və Ümumdünya səhiyyə təşkilatı arasında yeni anlaşma olub. Allsport.az saytı xəbər verir ki, ÜST-nin Cenevrədəki qərargahında imzalanan saziş əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Əsas məqsəd dünyada sağlamlığın fiziki fəallıq, idman və aktiv istirahət də daxil olmaqla, sağlam həyat tərzinin təbliğidir.

Müqaviləyə əsasən, BOK və ÜST idman vasitəsilə sağlam cəmiyyətin təmin olunması naminə Davamlı inkişaf məqsədi-3 (“Yaxşı sağlamlıq və rifah”) proqramı əsasında qeyri-yoluxucu xəstəliklərin (NCD) qarşısının alınmasına töhfə vermək barədə öhdəlik götürüblər.

Həmin kateqoriyadan