- Baxış sayı: 56
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 260
- Oktyabr 25, 2026
- 0

Türkiyə millisi Almaniyada futbol üzrə Avropa çempionatının 1/8 finalında Avstriyaya qalib gəlib.
Allsport.az saytı xəbər verir ki, artıq 1-ci dəqiqədə türkiyəlilər hesabı açıblar. Müdafiəçi Mərih Dəmiral fərqlənib. 2-ci hissənin əvvəlində qardaş ölkənin futbolçusu dubl edib.
Tezliklə Mixael Qreqoricin zərbəsindən sonra avstriyalılar bir qolun əvəzini çıxsalar da, bundan artığını edə bilməyiblər.