Bu dəfə “Sabah”la! Azərbaycan 14-cü dəfə avrokubokların əsas mərhələsində!

Bu dəfə “Sabah”la! Azərbaycan 14-cü dəfə avrokubokların əsas mərhələsində!

Bu gün çempionlar liqasının 2-ci təsnifatının cavab oyunları başlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” səfərdə Finlandiya çempionu “Kups”a 2:0 hesabı ilə qalib gəlib.

“Bayquşlar” evdə də 1:0 qalib gəldiyindən, növbəti mərhələyə adlayıblar. Bu nəticə ilə təmsilçimiz ən azı konfrans liqasının qrupunu təmin edib. Beləliklə, Azərbaycan ardıcıl 13-ci, cəmdə 14-cü dəfə avrokuboklarda əsas bölməsinə vəsiqə qazanıb.

İlk kərə “Neftçi” bu sevinci yaşayıb, 2012-2013 mövsümündə Avropa liqasının qrupuna adlayıb. 2014-2015-ci illərdən bu yana hər mövsüm “Qarabağ” öz büdcəsinə xeyli maliyyə əlavə edir.

“Sabah” 3-cü ələmədə “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan