Bu gün Rio-2016-nın İdmançılar kəndində Azərbaycan bayrağı qaldırılıb

Rio-2016-da mübarizə aparacaq Azərbaycan olimpiyaçılarının qaldığı İdmançılar kəndində bu gün Azərbaycan bayrağıın qaldırılma mərasimi keçirilib. Allsport.az saytı GİN-in mətbuat xidmətinə istibadən xəbər verir ki, tədbirdə baş nazirin 1-ci müavini Yaqub Eyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, bu ölkədəki səfirimiz Elnur Sultanov,  İtar Tass İnformasiya agentliyinin baş direktorunun 1-ci müavini Mixail Qusman, digər rəsmilər, federasiya prezidentləri, vitse-prezidentlər, baş katiblər, idmançılar iştirak ediblər.
İlk olaraq Braziliyaının adət ənənələrini, tarixini özündə əks etdirən rəqs nümayiş olundu. Sonra səhnəyə Olimpiya kəndinin meri, basketbol idmanı üzrə ikiqat olimpiya çempionu Janet Alkeyn çıxıb.  Olimpiya himni səsləndirilibş Daha sonra mer idmançıları salamlayıb və onlara “dördillik”də uğurlar arzulayıb. Səhnəyə Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov dəvət olunub. O, Azərbaycan nümayəndə heyətinin adından Janet Alkeynə simvolik hədiyyə təqdim edib. Azərbaycan himni səsləndirilib, bayrağımız qaldırılıb.
Qeyd edək ki, bu gün Azərbaycanla bərabər eyni zamanda  Lixtenşteyn, Kolumbiya, Çin Taypey ölkələrinin də bayraqlarının qaldırılma mərasimi baş tutub.
Mərasimdən sonra nazir Azad Rəhimov və digər rəsmilər Azərbaycan idmançılarının qaldıqları otaqlarla daha yaxından tanış olmaq üçün binada oldular. Azərbaycan idmançıları ilə bir binada Türkiyə, Sloveniya və Portuqaliya idmançıları da qalır. Nazir Azad Rəhimov və digər rəsmilər idmançılarla görüşdü, onlara uğurlar arzu etdilər.

Həmin kateqoriyadan