- Baxış sayı: 12
- 09 İyul 2026 21:34
- Baxış sayı: 343
- İyul 08, 2026
- 0

Belçika millisinin qapıçısı Tibo Kurtua DÇ-2026-dan sonra yığmadakı karyerasını başa vurmaq ehtimalına münasibət bildirib.
Allsport.az xəbər verir ki, 34 yaşlı qolkiper daha əvvəl belə bir variantın mümkünlüyünə işarə etmişdi.
Kurtua qərarın mümkün səbəbini fiziki durumla əlaqələndirib:
“Sadəcə dedim ki, böyük ehtimalla karyeramı bitirəcəyəm, davam etməyəcəyəm. Bu, yalnız fiziki səbəblərlə bağlıdır. Deməliyəm ki, komandada əla atmosfer var. Prosesdən zövq alıram. Bu turnirdə yaşadığımız anlar unikaldır. Amma düşünmürəm ki, bu tempdə daha 4 il davam edə biləcəyəm”.
Belçika DÇ-2026-nın 1/4 finalında İspaniya ilə qarşılaşacaq.