“Burada hər şey mümkündür”

Sankt-Peterburqun “Zenit” klubunun qapıçısı Mixail Kerjakov, Rusiya kubokunun ilk yarımfinal oyununda Moskva “Spartak”ı üzərində səfərdə qazandıqları qələbədən (2:1) sonra fikirlərini bildirib.

Allsport.az xəbər verir ki, o, cavab oyunu haqda da danışıb: Çətin olacaq. Bu futboldur. Burada hər şey mümkündür. Rəqibdə Prutsevi bəyənirəm. Ümumiyyətlə, “Spartak” ilk 15-20 dəqiqə yaxşı oynasa da, sonra sürəti bir qədər azaltdı. Daha doğrusu, oyunu tərsinə çevirdik. Əgər “Spartak” bütün matç boyu belə oynasaydı və bu tempi qoruyub saxlasaydı, hər şey tamam başqa cür ola bilərdi”.

Həmin kateqoriyadan