“Bütün diqqəti milli komandaya yönəltmişik”

Azərbaycan futbolçuları sabah millətlər liqasında Qazaxıstan seçməsinin qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, oyun öncəsi mətbuat konfransında millinin müdafiəçisi Maksim Medvedev bunu söyləyib:

“Komandada əhval-ruhiyyə yaxşıdır. Mövsüm başa çatıb, bütün diqqəti milli komandaya yönəltmişik. Yeni mövsüm başlayır, rəqiblərimiz analiz etmişik. Zəif və güclü tərəflərini bilirik. Son 2 gündə oyuna hazırlıq gedir.

Bu gün sonuncu məşqimizdır. Sabah ən optimal heyətlə mübarizə aparacağıq. İnanıram ki, komanda yoldaşlarım sabah özlərini ən yaxşı tərəfdən göstərəcəklər, “vuruşacaqlar”.

Klublarımızdakı son oyunlardan xeyli vaxt keçib. İstirahət etmək üçün yetərincə vaxtımız olub. Baş məşqçimiz də bunu nəzərə alaraq oyunçuları yüksək tempdə saxlayıb və son iki gündəki məşq sırf oyuna hazırlıq xarakteri daşıyıb”.

Həmin kateqoriyadan