“Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək”

Allsport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Avro-2024-ün seçmə mərhələsində Avstriya ilə keçiriləcək oyun barədə danışıb:

“Komanda olaraq oyuna tam hazırıq. Rəqibin oyunlarını izləmişik, üstün və zəif cəhətlərini bilirik. Son oyunlarda nümayiş etdirdiyimiz oyunumuzu davam etdirməliyik. Komandada əhval-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, sıx oynayır. Təbii ki, əsas məsələ rəqibə oynamağa imkan verməməkdir. Son oyunlarda ardıcıl qələbə seriyası yaxalamışıq. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək”.

Həmin kateqoriyadan