“Çalışacam ki, oyun təcrübəmi artıraraq gələcəkdə “Qarabağ” kömək edim”

Xəbər verdiyimiz kimi, dünən “Qarabağ” növbəti transferini gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu millimizə dəvət alan, hazırda azad agent statusu daşıyan qolkiper Emil Balayevlə 1 illik müqavilə imzalayıb. Son klubu Almaniya “Ayntraxt”ı (Frankfurt) olan (2014-2016) futbolçu bu komandadan ayrıldıqdan sonra, “Qarabağ”ın düşərgəsində məşq edirdi. Gənc çərçivə qoruyucusu keçidi haqda klubun rəsmi saytına açıqlama verib:

“İlk olaraq, baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyinə mənə inandıqlarına görə təşəkkürümü bildirirəm, çalışacam ki, bu etimadı doğruldum. “Qarabağ”a transferim mənim üçün xoş oldu. Klubsuz qaldığım müddətdə də mənə bu komandada məşq etməyə icazə verdiklərinə görə bir daha təşəkkür edirəm. Belə səviyyəli komandayla məşq etmək mənə çox şey öyrətdi. Çalışacam, oyun təcrübəmi artıraraq gələcəkdə komandama kömək edim”.

Həmin kateqoriyadan