CBC kanalı Premyer Liqa oyunlarını Azərbaycan dilində şərh edəcək

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımına dair elan etdiyi tenderin qalibi – CBC TV kanalı – Azərbaycanın ilk rusdilli beynəlxalq peyk telekanalı olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhini rus dilində həyata keçirilicəyini bildirmişdi. Allsport.az xəbər verir ki, oyunların Azərbaycan dilində şərhi isə AFFA-nın youtube (AFFA Official) kanalında nəzərdə tutulurdu.

CBC telekanalı oyunların yayımının müvəffəqiyyətlə həyata keçirdiyi təqdirdə yaxın müddət ərzində özünün idman redaksiyası əsasında CBC-Sport kanalı açmağı və oyunların yayım hüququnu həmin kanala ötürüləcəyini və oyunların şərhlərinin Azərbaycan dilində olacağını bildirmişdir.

Lakin AFFA, PFL və CBC TV rəhbərliyinin müzakirəsindən sonra oyunların keçid dövründə CBC TV-də Azərbaycan dilində yayımlanması qərara alınıb.

Həmin kateqoriyadan