“Çelsi”nin müdafiəçisi uzun müddət oynamayacaq

Allsport.az xəbər verir ki, “Çelsi”nin müdafiəçisi Benya Badyaşil zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.

22 yaşlı fransalı futbolçunun bud nahiyəsindən zədə var.

Badyaşil yanvarda komandaya qoşulub. London klubu onu “Monako”dan 38 milyon avroya alıb və 7,5 illik müqavilə imzalayıb.

“Çelsi”nin heyətində premyer liqada 11 matçda 1 qol vuran futbolçu 2 sarı vərəqə alıb.

Həmin kateqoriyadan