Çempion bəlli oldu

Çempion bəlli oldu

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.

Allsport.az xəbər verir ki, yarışın finalında İspaniya və Argentina milliləri üz-üzə gəliblər. 

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Matçın ilk hissəsində hesab açılmayıb. 

İkinci hissə qarşılıqlı kobud müdaxilələr və gərgin oyunla yadda qalıb.

Bunun nəticəsi olaraq əsas vaxtın son dəqiqələrində Argentina millisi 1 nəfər azlıqda qalıb. Enzo Fernandes 90+3-cü dəqiqədə gördüyü 2-ci sarı kartdan sonra qırmızı vərəqə ilə cəzalanaraq oyunu tərk edib.

Görüşün əsas vaxtında qapılara qol vurulmayıb və matç əlavə vaxta gedib. 

Əlavə vaxtın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. 

Uzatmaların ikinci yarısı başlar-başlamaz İspaniya millisi hesabı açıb. 106-cı dəqiqədə Ferran Torres fərqlənib: 1:0.

Oyun bu hesabla başa çatıb və İspaniya millisi tarixində ikinci dəfə dünya çempionatının qalibi olub. 

Həmin kateqoriyadan