Çingiz Hüseynzadə: Avropa festivalları tarixində belə bir layihə ilk dəfədir

Avropa gənclərinin olimpiya festivalının başlanmasına 150 gün qalması münasibəti ilə “Hilton” mehmanxanasında olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qitədə yeni layihə olan olimpiya mədəniyyəti və təhsil proqramı milli olimpiya komitəsi, təhsil, gənclər və idman nazirlikləri ilə birgə hazırlanıb:

“Bu qəbildən tədbirlər olimpiya oyunlarında, yeniyetmələrin olimpiya oyunlarında məktəblilərin iştirakı əvvəllər də təşkil edilib. Ancaq Avropa festivalları tarixində belə bir layihə ilk dəfə həyata keçirilir. Bununla əlaqədar ekspert qrupu yaradılıb. Yaxşı olar ki, xarici ölkələrin diplomatik nümayəndələri öz ölkələrində bu proqramın yayılmasına, gənclərin bu layihəyə cəlb edilməsinə dəstək versinlər”.

Həmin kateqoriyadan