- Baxış sayı: 44
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0
İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsi icraiyyə komitəsinin yeni heyətinin ilk iclası işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, toplantıda bu qurumun üzvü Çingiz Hüseynzadə də iştirak edir.
AOK-un iclası çərçivəsində adı çəkilən təşkilatın baş katibi və xəzinədarının hesabat çıxışları dinlənildi. İdmançılar komissiyasının mühazirə çıxışları gündəlikdə olan məsələlər sırasındadır.
Əlavə olaraq, Avropa Oyunları və Yeniyetmələrin Avropa Olimpiya Festivalı, həmçinin 39-cu Avropa Olimpiya Komitəsinin seminarı və Pyonçanq 2018 Qış Olimpiya Oyunları müzakirə olunacaq.