Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Federasiyasının 3-cü dəfə vitse-prezidenti seçilib

19-22 noyabrda İslam Həmrəyliyi İdman Federasiyası Səudiyyə Ərəbistan paytaxtı Ər-Riyadda dörd illik fəaliyyətinə yekun vurub. Allsport.az saytı xəbər verir ki, bununla bağlı İHİF-in icraiyyə komitəsinin iclası olub. Hesabatda bu illər ərzində görülmüş işlər arasında Bakıda keçirilmiş İslam həmrəyliyi oyunlarının yüksək səviyyədə təşkili, onun İslam dəyərlərinin dünya miqyasında yayılmasındakı müstəsna rol oynaması, İslam ölkələri arasında dostluq və həmrəyliyin gücləndirilməsindəki önəmi xüsusi qeyd olunub.

Baş assambleya təşkilatı dörd illik fəaliyyətinə yekun vurduqdan və növbəti dörd il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirdikdən sonra İHİF-in icraiyyə komitəsinin üzvlərinin və rəhbərliyinin seçkisi baş tutub. Fərəhli haldır ki, toplantıda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin təşkilatın vitse-prezidentiliyə namizədliyi irəli sürülmüş və o, 3-cü dəfə  bu vəzifəyə seçilib.

Həmin kateqoriyadan