Çingiz Hüseynzadə: Bakı-2017-də komandamızın ilk 3 yerdən birini tutacağımıza inanıram

«İslam Həmrəyliyi Oyunlarında ən yaxnı nəticəmiz ilk «səkkizlik» olub. Nəzərə alaq ki, bu mötəbər yarışda adəti üzrə aparıcı idmançılarımız qatılmırlar. Amma Bakı-2017-də vəziyyət tam fərqli olacaq».

Allsport.az saytı xəbər verir ki, bunu 4-sü İslam Həmrəyliyi Oyunlarının yeni loqosunun və brendinin təqdimatda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə dedi. Onun fikrincə, raytaxtımızda keçiriləcək ali tədbirdə bütün idman növlərində təmsil olunacağıq:

«İlk Avropa Oyunlarında komanda hesabında 2-ci olduq. Həmin idman növlərinin çoxu İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilib. Bu yarışlarda əsas heyət üzvlərimiz mübarizə aparacaq. Bunu nəzərə alıö söyləmək olar ki, komanda hesabında ilk «üçlüy»ü tutacağıq».

Həmin kateqoriyadan