Çingiz Hüseynzadə və Azər Əliyev milli olimpiya komitələrinin forumunda

8-9 iyunda MDB, Baltikyanı və Gürcüstan ölkələrinin milli olimpiya komitələrinin forumu Latviyanın paytaxtı Riqada olacaq. Allsport.az saytı xəbər verir ki, tədbirdə qurumların prezident, vitse-prezident və digər üzvlərinin iştirakı nəzərdə tutulub. Azərbaycanı possovet məkanında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibinin müavini Azər Əliyev təmsil edəcəklər.

12 ölkənin milli olimpiya komitələrinin 50-yə yaxın nümayəndə heyəti birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazaları və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət, beynəlxalq idman təşkilatları səviyyəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaqdır. . Forum Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Həmrəyliyi” proqramı çərçivəsində keçirilir.

Tədbir çərçivəsində MOK-un baş katibinin müavini Azər Əliyev “MOK Azərbaycanın Olimpiya Gündəliyi 2020 komissiyası üzrə fəaliyyəti və yenilikləri” mövzusu üzrə çıxış edəcəkdir. Forumun iştirakçılar Olimpiya Hərkatı, Olimpiya və Avropa oyunları, Olimpiya Gündəliyi 2020, idmanın təşviqi və digər mövzularda çıxışlar edəcəkləri nəzədə tutulur.

Forum 2 gün davam edəcəkdir, 8 iyun tarixində mərüzə çıxışlar, 9 iyunda isə müxtəlif idman obyektləri ilə tanışlıq olacaqdır.

Həmin kateqoriyadan