Ciu-citsu üzrə Bakı kuboku

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Sərhədçi” olimpiya-idman mərkəzində ciu-citsu üzrə Bakı kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 16 klubdan 270 idmançı iştirak edib.

Turnirin rəsmi açılış hissəsində Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov və Azərbaycan ciu-citsu federasiyasının nümayəndələri çıxış edərək, tədbirin əhəmiyyətindən danışıblar və idmançılara uğurlar arzulayıblar.

Sonda yarışın qaliblərinə müvafiq dərəcəli diplomlar və medallar təqdim olunub.

Həmin kateqoriyadan