“2-ci qoldan sonra inamı itirdik”

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Avro-2024-ün seçmə mərhələsində “Raiffeisen Arena”da keçirilmiş Avstriya ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında matç haqda fikirlər səsləndirib. Allsport.az xəbər verir ki, italiyal; mütəxəssis çətin oyunlar bağlı bunları deyib:

“İlk qoladək bərabər səviyyəli oyun gedirdi. Topa nəzarət etməyə çalışırdıq. Böyük səhvdən sonra qol buraxdıq. 2-ci qoldan sonra isə inamı itirdik. Son dəqiqələrədək çətin oldu bizə. Çox zəhmət çəkdik.

Bu gün millidə debüt edən Yusif İmanov və Azər Əliyev gələcəkdə bizim üçün lazımlı futbolçular ola bilərlər. Oyundan əvvəl Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk arasında seçim arasında qalmışdım. Antonun uzaq məsafədən gəldiyini və 8 saatlıq fərq olduğunu nəzərə alaraq Bəxtiyara şans verdik” – deyə mütəxəssis bildirib.

Həmin kateqoriyadan