“Dəri rənginin fərqi yoxdur”

“Dəri rənginin fərqi yoxdur”

İspaniya millisinin müdafiəçisi Pau Kubarsi sabiq baş nazir Mariano Rajoyun Fransa yığması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Allsport.az xəbər verir ki, gənc futbolçu hər kəsin mənşəyindən və dərisinin rəngindən asılı olmayaraq hörmətə layiq olduğunu vurğulayıb:

“Əgər onlar Fransa millisində oynayırlarsa, deməli, fransızdırlar. Dərinin rənginin nə olmasının fərqi yoxdur. Hamıya qarşı tolerant olmalıyıq. Hamımız insanıq və hörmətə layiqik”.

Xatırladaq ki, İspaniyanın sabiq baş naziri Mariano Rajoy DÇ-2026-nın yarımfinalında Fransa ilə oyun öncəsi rəqib komanda haqqında danışarkən, “Fransa millisində bir dənə də olsun fransız futbolçu yoxdur” ifadəsini işlətmişdi.

İspaniya və Fransa milliləri DÇ-2026-nın yarımfinalında bu gün üz-üzə gələcəklər. Görüş ABŞ-nin Texas ştatının Arlinqton şəhərində keçiriləcək.

Həmin kateqoriyadan