Daha 2 idmançımız Tokio-2020-də iştirak edəcək

Paralimpiyaçıların Tokio 2020-yə qazandığları lisenziya sayı 34-ə çatıb. Allsport.az xəbər verir ki, milli paralimpiya komitəsinin atletika idman növü üzrə yığmanın üzvləri Lamiyə Vəliyeva və Yuliya Yanovskaya reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək Tokio 2020 XVI yay paralimpiya oyunlarında iştirak hüququ qazanıblar.

Bu günə qədər paralimpiyaçılarımız olimpiadaya artıq 34 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 10-u atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.

Həmin kateqoriyadan